Kazanda keçirilən BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş olub.
Bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, prezidentlər iki ölkə arasındakı münasibətlərin inkişafını, gələcək əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.
Liderlər Suriya və Cənubi Qafqaz bölgəsindədki vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.
"Cebheinfo.az"