“Moskva və Tehran Vaşinqtonun onlara qarşı tətbiq etdiyi bütün sanksiyaların mənfi nəticələrini birgə neytrallaşdıra biləcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BRİKS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı deyib.
O ümid edir ki, Moskva və Tehran birlikdə dünya hegemonluğunu devirməyi bacaracaq.