AZ

Putin və Pezeşkian Cənubi Qafqazı müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş başlayıb.
APA-nın Rusiya bürosu xəbər ki, Putin-Pezeşkian danışıqları Kazanda BRICS sammiti çərçivəsində keçirilir.
Putin danışıqların protokol hissəsində iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Bir müddət əvvəl Türkmənistan paytaxtında iranlı həmkarı ilə görüşünü xatırladıb.

Rusiya Prezidenti ölkəsinin İranla Suriya və Cənubi Qafqazda əməkdaşlığından da danışıb.


Putin İran prezidentinə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi və “digər mühüm sənədləri” imzalamaq üçün Rusiyaya ayrıca səfər etmək qərarına görə təşəkkür edib.

O qeyd edib ki, Rusiya və İranın qlobal gündəmə yanaşmaları yaxındır və ya tamamilə üst-üstə düşür.

Putinin sözlərinə görə, Rusiya Federasiyası və İranın vəzifəsi ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını möhkəmləndirməkdir.
Seçilən
7
4
sherg.az

8Mənbələr