AZ

Putindən dollarla bağlı MÜHÜM AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin dollardan siyasi məqsədlər üçün silah kimi istifadə edilməsini böyük səhv adlandırıb.

Musavat.com xəbər verir ki, BRİCS sammitinin geniş tərkibdə keçirilən iclasında Rusiya dövlət başçısı BRİCS-in Yeni İnkişaf Bankının rəhbəri Dilma Rusefin “dolların silah kimi istifadə edildiyini” söyləməsi ilə razılaşıb.

“Bəli, biz bunun belə olduğunu görürük. Hesab edirəm ki, bu, bunu edənlərin böyük səhvidir, çünki dollardan siyasi məqsədlərə çatmaq vasitəsi kimi dünya maliyyəsində hələ də ən mühüm alət kimi istifadə etmək bu valyutaya inamı sarsıdır və onun imkanlarını azaldır”, - Rusiya lideri vurğulayıb.

Nigar,
Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr