AZ

Məşhur aktyor 56 yaşında dünyasını dəyişdi

Məşhur aktyor 56 yaşında dünyasını dəyişdiUstad aktyor Tekin Temel 56 yaşında dünyasını dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktyor ürək tutmasından dünyasını dəyişib. Daha əvvəl infarkt keçirdiyi və ürəyinə stent qoyulduğu bildirilən Temeli xilas etmək mümkün olmayıb.

Kino Sənayesi və Bütün Sənətçiləri Gücləndirmə Vəqfi (Film-San) sənətçinin vəfatı ilə bağlı açıqlama verib: "Allah aktyor Tekin Temelə rəhmət eləsin, ailəsinə və sevənlərinə səbr versin" Aktyorun ölüm xəbərini onun meneceri Meriç Esener açıqlayıb.

Təməlin cənazəsi bu gün günorta azanından sonra Ümraniye Refiye Soyak məscidində qılınıb.

Seçilən
14
sonxeber.az

1Mənbələr