AZ

“Baxçalının Öcalan təklifi PKK-nı yolundan döndərməyəcək” – AÇIQLAMA

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı dünən partiyasının qrup toplantısında bir sıra önəmli açıqlamalar verib.

Baxçalı təklif edib ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan parlamentə gələrək burada PKK-nın buraxılmasını elan etsin.

Baxçalının bu sözləri Türkiyədə böyük səs küyə səbəb olub. Baxçalının Öcalan haqqında bu düşüncələrini necə dəyərləndirirsiniz? Baxçalının bu fikirləri söyləməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

Paşinyan

Ekspert bildirib ki, “Türkiyə uzun illərdir ki, terrora qarşı mübarizə aparır. Əsasən də Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin terrora qarşı, yəni PKK ya qarşı verilən mübarizə kəskin şəkildə artıb.

İstər Türkiyə sərhədləri daxilində, istərsə də Türkiyə sərhədlərindən kənarda PKK-nın mövqelərinə ciddi şəkildə zərbələr endirilir. Onun məsul şəxslərinin bir çoxu həbs olunub. Yəni terror təşkilatını çox ciddi şəkildə zərbələr dəyib.

Eyni zamanda Türkiyə buna paralel şəkildə PKK ilə bərabər digər terror təşkilatlarına qarşı da mübarizə aparırdı. Xüsusilə də 2015-ci ildə dövlət çevrilişinə cəhd edildikdən sonra FETÖ terror təşkilatına qarşı Türkiyədə uğurlu şəkildə əməliyyatlar keçirirdi. Məlum olduğu kimi FETÖ-nün lideri kimi uzun müddətdir ABŞ-da yaşayan Fətullah Gülən bugünlərdə dünyasını dəyişdi və Gülənin ölümündən sonra artıq Türkiyə FETÖ-nüdə tamamilə bitirmək imkanı qazandı. Türkiyə FETÖ-nü tamamilə məhv etmək imkanına malikdir. Aydın məsələdir ki, Güləndən sonra təşkilatın başına kim keçirsə keçsin FETÖ heç vaxt əvvəlki gücündə olmayacaq. Buna paralel şəkildə PKK-nı da bitirmək və tamamilə Türkiyəni terror bəlasından xilas etmək hazırkı hökumətin əsas hədəflərindən biridir.

Çox təəssüflər olsun ki, terror təşkilatına qarşı əməliyyatlar tam onu bitirməyə imkan vermir. Dağlıq relyefin olması, coğrafi çətinliklər və digər amillər, həmçinin Türkiyənin həmin o, PKK-nın daha aktiv olduğu bölgələrində hələ də aşirət qaydalarına riayət edilməsi, yəni bu sosial məsələlər imkan vermir ki, PKK-nı tam bitirsinlər.

Buna görə də Türkiyə hökuməti, xüsusən də uzun müddət terrora qarşı qətiyyətli mövqeyinə tanınan Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri, Dövlət Baxçalı Abdullah Öcalandan istifadə edərək PKK-nın silahı yerə qoymasına səslədi”.

Ekspert əlavə olaraq bildirib ki, “ancaq mənim fikrimcə bu da bəs etməyəcək, çünki PKK uzun müddətdir ki, Öcalandan fərqli şəkildə idarə edilir. Bu dəqiqə PKK-da əsas qərarverici şəxslər Murat Karayılan və Bahoz Erdaldır. Yəni açıq deyim ki, Baxçalı bu təklifi versə belə mən inanmıram ki, Karayılan və Bahoz Erdal Abdullah Öcalanın sözü ilə silahı yerə buraxacaqlar. Ancaq bu PKK-ya ciddi şəkildə zərbə vura bilər. Yenə də terror təşkilatının tamamilə silahı yerə qoyacağını düşünürəm. Bu hal baş verməyəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr