AZ

AMB: BOKT-ların maliyyə sistemində payı 1,6 faizdir

Bakı, 23 oktyabr, AZƏRTAC

Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) maliyyə sistemində payı 1,6 faizdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktor müavini Ataxan Həsənov Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında deyib.

O bildirib ki, buna baxmayaraq maliyyə sektorları arasında ən sürətli inkişaf templərindən biri məhz bu sektorda müşahidə olunur.

“Bu ilin doqquz ayında BOKT-ın aktivləri 30 faiz artaraq 980 milyon manata çatıb. Qeyd edilən dövrdə bank sektorunun aktivlərində 3,4 faiz, sığorta sektorunun aktivlərində isə 8 faiz artım qeydə alınıb. Azərbaycanda BOKT-ların xidmət şəbəkəsi 308 filialdan ibarətdir. Aktivləri artıq 50 milyard manatı ötən bank sektorunda isə bu rəqəm 480 filialdır”, - deyə direktor müavini əlavə edib.

Seçilən
5
azertag.az

1Mənbələr