AZ

Bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndirilir — AÇIQLAMA

 Azərbaycanda yeni mikromaliyyə modelinin yaradılması nəzərdə tutulur. Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" adlı Azərbaycan Mikromaliyyə Konfransında bildirib ki, qabaqcıl beynəlxalq təcrübə əsasında yeni mikromaliyyə sektorunda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətləri göstərmək imkanının yaradılması və bununla da onların rəqabət qabiliyyətliliyinin artırılması hədəflənir. Onun sözlərinə görə 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində dayanıqlı mikromaliyyə və BOKT modellərinin araşdırılması, mikromaliyyə instutlarının gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi nəzərdə tutulub. 

Hüquqşünas, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bu məsələnin gümdəmdə olduğunu dedi:

“Mən də bu barədə dəfələrlə təkliflər irəli sürmüşəm. Söhbət bank olmayan kredit təşkilatlarından (BOKT) gedir. Bu gün onların yeganə fəaliyyəti demək olar ki, yalnız kredit verməkdir. Halbuki dünya ölkələrində BOKT-ların digər funksiyaları da var. BOKT-ları banklardan fərqləndirən əsas cəhət odur ki, banklar əmanət qəbul edə bilir, BOKT-lar isə yox. Bundan başqa digər fəaliyyətləri isə BOKT-lar da banklar kimi həyata keçirə bilər. Valyuta dəyişmələri, pul köçürmələri, kassa əməliyyatları, məsləhət xidmətləri bura daxildir. Bizdə isə buna imkan verilmir, BOKT-lara ancaq kredit verməyə icazə var. Digər fəaliyyətlər olmasa, rəqabət qabiliyyəti də olmaz BOKT-lar arasında. Müsbət haldır ki, Mərkəzi Bank indi bunu  reallaşdırmağa başlayıb”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
20
demokrat.az

1Mənbələr