AZ

Gəncəyə və daha iki rayona yeni prokurorlar təyin edildi

Image

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rauf Gözəlov Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Rauf Gözəlov bu təyinata qədər Qazax rayon рrоkuroru vəzifəsində çalışıb.

Baş prokurorun digər müvafiq əmri ilə Azad Qarayev Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilib. Azad Qarayev bu təyinata qədər Gəncə şəhər prokuroru vəzifəsində çalışıb.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Rövşən Əliyev Qazax rayon prokuroru vəzifəsinə təyin edilib.

Rövşən Əliyev bu təyinata qədər Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

ZÜMRÜD





Seçilən
10
22
baki-xeber.com

10Mənbələr