AZ

MİT PKK-nın Rusiyadaki fəalını ələ keçirib

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Antalya Polis İdarəsi bölücü terror təşkilatı PKK-nın Rusiyadakı quruluşunda aktiv fəaliyyət göstərən Bari Yusubovu ələ keçirdi.

Terror təşkilatı adına Rusiyada fəaliyyət göstərən və 2020-ci ildən bəri MİT-in nəzarəti altında olan Yusubov tutulduqdan sonra qarşısına çıxarıldığı məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərildi. Onun Rusiyada, Qazaxıstanda, Ermənistanda və İraqın Mahmur düşərgəsində PKK terror təşkilatının təbliğat fəaliyyətlərində iştirak etdiyi müəyyən edildi.

Bari Yusubovun bölücü təşkilatın yüksək rütbəli üzvləri ilə yaxın münasibətdə olduğu və onların əməliyyatlarına aktiv şəkildə qatıldığı öyrənildi.



Seçilən
5
9
trt.net.tr

7Mənbələr