AZ

"Deyəsən, gözə gəldik"

Xəbər verdiyimiz kimi, müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə efirdə mübahisə edərək, verilişi tərk edib.

Publika.az xəbər verir ki, verilişin gedişatında orada iştirak edən qonaqlar nə desələr də, Doğuş verilişə qayıtmayıb. O, həyat yoldaşının özündən üzr istəməsini tələb edib. Xoşqədəm Hidayətqızı isə cavabında deyib:

“Mən elə bir adamam ki, səhvim olarsa, üzr istəyərəm. Əgər Doğuş bəy deyirsə, o başqa adam deyil ki. Doğuş bəy, əgər qəlbinizə dəydimsə, bağışlayın. Buyurun gəlin. Vallah, deyəsən, gözə gəldik. Doğuş bəy uşaqlar məsələsində çox həssasdır. Çünki bu adam 4 yaşından küçələrdə, uşaq evlərində yaşayıb. İndi bir ailə dağılanda Doğuşun qəlbi parçalanır. Mən bunu bilirəm. Doğuş bəy, xahiş edirəm studiyaya gəlin. Onsuz da mənsiz evə getməyəcəksən, gəl elə bura”.

Seçilən
26
publika.az

1Mənbələr