AZ

Hava isinəcək

Oktyabrın 24-də paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 19 dərəcəyə qədər yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 4-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Seçilən
6
49
turan.az

10Mənbələr