AZ

İYİ Partiya sədri Dövlət Baxçalıya belə cavab verdi - VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısında çıxış edən İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu MHP lideri Dövlət Baxçalının terror təşkilatı lideri Abdullah Öcalanla bağlı çağırışına sərt münasibət bildirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dərvişoğlu tribunada əlində kəndirlə "Bu böyük millətin xatirələrini məhv etdin! Bu böyük millətin gələcəyini qırdın! İndi bu ipi götür və küncdən başının üstündən as" deyib. Daha sonra o, əlindəki kəndiri yerə atıb. 

Xatırladaq ki, MHP sədri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı “Türkiyə Böyük Millət Məclisində DEM sıralarına daxil olub silahı yerə qoyduğunu bəyan etsin, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın”,- deyə açıqlama verib.

Baxçalının bu fikri TBMM-də əks-səda yaradıb. 

Gülayə Mecid 

Seçilən
13
unikal.az

1Mənbələr