AZ

Sədr müavini: Gələcəkdə kibertəhlükəsizlik risklərinin mikromaliyyə sektorunda müşahidə olunması qaçılmazdır

Bakı, 23 oktyabr, AZƏRTAC

Dünya İqtisadi Forumunun hesablamalarına görə, kibercinayətkarlıq, kibertəhlükəsizlik riskləri 10 ən böyük risklər sırasında yer alır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, 2025-ci ildə kibercinayətlərin həcmi 10 trilyon dollar olacaq.

“Cari ildə bu rəqəm 8 trilyon dollar olaraq hesablanıbsa, bu göstərici ildən-ilə artacaq. Bu, əsasən klassik maliyyə sektorunda müşahidə olunur, mikromaliyyə sektorunda belə hala rast gəlinməyib. Mikromaliyyə sektoruna kibertəhlükəsizlik baxımından yanaşmalar fərqli olmalıdır. Mikromaliyyə sahəsinin rəqəmsallaşma səviyyəsi demək olar ki, zəifdir. Gələcəkdə belə risklərin mikromaliyyə sektorunda müşahidə olunması qaçılmazdır. Bu sahə rəqəmsallaşdıqca böyük risklər, xərclər və investisiya tələb olunacaq. Bu resurslar isə mikromaliyyə sektorunda çox azdır”, - deyə sədr müavini əlavə edib.

Seçilən
23
azertag.az

1Mənbələr