AZ

Argentinada vergi xidməti ləğv edilib

Müəllif:Ayşən İmanova/Banco.az

Argentina hökuməti vergi bürosu - Federal Dövlət Gəlirləri İdarəsini ləğv etdiyini və onu "sadələşdirilmiş" Gəlir və Gömrük Nəzarəti Agentliyi ilə əvəz etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Buenos Aires Times” məlumat yayıb.

Prezident Xavyer Mileyin administrasiyası izah edib ki, vergi xidmətinin ləğvi argentinalıların iqtisadi və ticarət azadlığına müdaxilə edən lazımsız bürokratiyanı aradan qaldırmaq üçün lazımdır.

“Hər argentinalıya məxsus olan yalnız ona məxsusdur, başqa heç kimə aid deyil. Heç bir hökumət bürokratına argentinalıya öz əmlakı ilə nə edəcəyini söyləmək hüququ verilməməlidir”, - Argentina prezidentinin sözçüsü Manuel Adorni mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
9
1
banco.az

2Mənbələr