AZ

"Bakı-Balakən sürətli qatarı istifadəyə veriləcək" - Rövşən Rüstəmov

Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.

Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır.

R. Rüstəmov bildirib ki, Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir: "Balakənə yataq tipli vaqonlardan ibarət olan qatar istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir. Məsafə uzaq olduğuna görə insanlar yataq tipli vaqonlar istəyirlər. Buna görə məsələlərə hərtərəfli baxılır”.

Seçilən
10
20
avtosfer.az

10Mənbələr