AZ

Mbappe 1-ci oldu

“Goal.com” saytı PSJ-nin XXI əsrdəki ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Siyahiya fransalı hücumçu Kilian Mbappe başçılıq edir. İkinci yerə isveçli sabiq hücumçu Zlatan İbrahimoviç, üçüncü pilləyə isə braziliyalı Neymar layiq bilinib.

Diqqəti cəlb edən əsas məqam “10-luq”da argentinalı dünya çempionu Lionel Messinin olmamasıdı. O, 23-cü yerə layiq bilinib.

“Goal.com”un versiyasına əsasən XXI əsrdə PSJ-nin ən yaxşı 10 futbolçusunun siyahısını nəzərinizə çatdırırıq:

1. Kilian Mbappe (Fransa)
2. Zlatan İbrahimoviç (İsveç)
3. Neymar (Braziliya)
4. Edinson Kavani (Uruqvay)
5. Tyaqo Silva (Braziliya)
6. Markinyos (Braziliya)
7. Pedro Pauleta (Portuqaliya)
8. Marko Verratti (İtaliya)
9. Anxel Di Mariya (Argentina)
10. Blez Matyuidi (Fransa)

Seçilən
9
football-plus.az

1Mənbələr