Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağındakı ABŞ hərbi bazası 4 raketlə vurulub.
Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Telekanalın mənbəsinin sözlərinə görə, obyektə ümumilikdə 6 raket atılıb; onların hədəfi baza ərazisindəki hərbi radar olub. Hücumdan sonra Amerika obyektində partlayış səsləri eşidilib.
Qeyd olunur ki, ABŞ ordusu buna cavab olaraq Deyr əz-Zorun Huveyca Saqr və Əl-Cufra kəndlərini artilleriya atəşinə tutub.