AZ

Azərbaycanda sahibkarlara güzəştli kredit verilməsi tam elektronlaşdırılacaq

 

Azərbaycanda güzəştli kredit mexanizminin tam elektron platforma üzərindən həyata keçirilməsi planlaşdırılır.

Missiya.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlər başa çatmaq üzrədir: "Bu addın sahibkarların maliyyəyə, xüsusilə güzəştli maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Biz həm daha çox sahibkarlıq subyekti, həm daha çox kredit təşkilatı ilə əməkdaşlıq etməyi hədəfləyirik. İllər ərzində atılan addımlar nəticəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Fondun təklif etdiyi güzəştli kreditlərdə payı həm say, həm də məbləğ baxımından artıb və böyük əksəriyyətini təşkil edib. Belə ki, bu il verilən güzəştli kreditlərin say olaraq 99 %-i, məbləğ olaraq isə 93 %-i mikro, kiçik və orta sahibkarların payına düşüb".

Seçilən
5
5
missiya.az

6Mənbələr