AZ

SAHA Expo-da 6,2 milyard dollarlıq müqavilə bağlanıb

Bakı,TurkicWorld

Dörd gün davam edən müdafiə sənayesi sərgisi SAHA Expo-da 6,2 milyard dollar dəyərində müqavilə bağlanıb.

TurkicWorld xəbər verir ki, nəhəng yarmarkanın favoriti Türkiyənin dünyaca məşhur layihələrindən biri olan Baykarın hazırladığı Kızılelma olub.

Türkiyənin müdafiə sənayesi sahəsində regional sərgiyə çevirdiyi SAHA İstanbulda dövriyyə rekordları qırılıb.

BAYKAR İdarə Heyətinin və SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar, SAHA EXPO 2024 zamanı 133 imza mərasimində 6,2 milyard dollarlıq müqavilə imzalanacağını ifadə edib.

"Bu müqavilələrin 4,6 milyard dollarını ixrac müqavilələri təşkil edir. Ötən il Türkiyənin müdafiə və aerokosmik sektorunun ixracı 5,5 milyard dollar təşkil edib. Bu yarmarkada 1 illik ixracımıza yaxın səviyyədə ixrac müqavilələri imzalayırıq",- deyə Bayraktar bildirib.

Bayraktar həmçinin, Türk müdafiə və aerokosmik sənayesinin inkişafının Türkiyənin müstəqillik hekayəsi olduğunu ifadə edib.

Seçilən
7
turkic.world

1Mənbələr