AZ

İdmançı faciəli şəkildə öldü: 7 medal qazandığı yarışdan qayıdarkən

Braziliyada yol qəzası nəticəsində yeniyetmə idmançı vəfat edib.

Publika.az xəbər verir ki, hadisə Pelotas şəhərində baş verib. Bu barədə "Reuters" məlumat yayıb.

Yük maşını əyləclərinin sıradan çıxması nəticəsində avarçəkən komandanı daşıyan mikroavtobusla toqquşub. Zərbə mikroavtobusu irəli atıb və nəticədə başqa avtomobilə dəyib.

Faciə nəticəsində 10 sərnişindən 9-u, o cümlədən yarışdan qayıdan yeniyetmə avarçəkən həlak olub. Sağ qalan yeganə şəxs 17 yaşlı idmançı olub. Yük maşınının sürücüsü yüngül xəsarətlər alıb.

Seçilən
16
publika.az

1Mənbələr