Almaniyada meymunçiçəyi (Mpox) virusunun yeni variantı ilk dəfə aşkarlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Robert Koch İnstitutunun (RKİ) verdiyi açıqlamaya görə, bir nəfərin meymun çiçəyinin yeni variantı olan Klad 1 virusuna xaricdə tutulduğu bildirilib.
RKİ-nin məlumatına görə, ölkədə ölüm halı qeydə alınmayıb. Bildirilib ki, hazırda Almaniyada Klad 1 virusundan risk gözlənilmir, lakin vəziyyət çox diqqətlə izlənilir. Klad 2b virusu Almaniyada 2022-ci ilin may ayından bəri müşahidə olunur.
Qeyd edək ki, İsveç Afrikadan kənarda Klad 1 variantını qeydə alan ilk ölkə olmuşdu.