AZ

AMB distant kreditləşməni tənzimləməyi planlaşdırır

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə distant kreditləşmənitənzimləməyi planlaşdırır.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) Kredit TəşkilatlarınınFəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılovBakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər”mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə distant kreditləşmənitənzimləməyi planlaşdırır. Bu istiqamətdə beynəlxalq təcrübəniöyrənir və yerli prioritetləri nəzərə alaraq distant kreditləşməninümumi şərtlərini müəyyən edəcək. Əsas məqsəd istehlakçılarınhüquqlarının qorunması və onların həddindən artıq borc yükünədüşməsinin qarşısını almaqdır", - o qeyd edib.

Onun sözlərinə görə, bank olmayan kredit təşkilatlarına (BOKT)aid qanunvericilikdəki dəyişikliklər çərçivəsində pul köçürmələrivə BOKT-da hesab açmadan valyuta mübadiləsi aparmaq imkanları danəzərdən keçirilir.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr