Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Silahlı Qüvvələrinin Suriyadakı hərbi bazasına azı 4 ədəd raket düşüb. Baza Suriyanın Deyr əz Zor vilayətindək Konoko neft-qaz yatağının yaxınlığında yerləşir.
"Al Mayadeen" telekanalına məlumat verən mənbə bazaya hücum zamanı 6 ədəd raket atıldığını bildirib. Zərbələrin əsas hədəfi bazanın ərazisindəki hərbi radar olub.
Cavabında ABŞ hərbçiləri yaxınlıqdakı 7 kəndi atəşə tutub. Həmin kəndlər Suriya qüvvələrinin nəzarətindədir.
Hürr Tərcüman