Bakı, 23 oktyabr, AZƏRTAC
Gələn ilin sonunadək Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artacaq. Həmçinin BOKT-ların aktivlərinin 1 milyard manatı ötməsi hədəflənir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, aktivlərlə bərabər BOKT-ların kapitalı 482 milyon manata çatıb: “Mikromaliyyə sektorundan filialların sayı 302-yə yüksəlib”.