AZ

“Barselona” Çempionlar Liqasında “Bayern”lə üz-üzə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.

İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bayern”lə üz-üzə gələcək. İngiltərə çempionu “Mançester Siti” evdə Praqa “Sparta”sı (Çexiya) ilə görüşəcək. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leypsiq”in (Almaniya) qonağı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna noyabrın 5-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
23 oktyabr

20:45. “Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya)
20:45. “Brest” (Fransa) – “Bayer” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Sparta” (Praqa, Çexiya)
23:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
23:00. “Barselona” (İspaniya) – “Bayern” (Almaniya)
23:00. “Atletik” (İspaniya) – “Lill” (Fransa)
23:00. “Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland)
23:00. “Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “İnter” (İtaliya)

Seçilən
11
7
arena.az

10Mənbələr