AZ

Rusiyanın məşhur verilişi Bakıda!

Rusiyanın “STS” telekanalında yayımlanan “Yemək üçün 100 yer” verilişinin budəfəki buraxılışı Azərbaycana həsr olunub. 

OLAY yazır ki, sözügedən şounun məşhur aparıcısı Aleksandr Belkoviç paytaxt Bakını gəzərək, Azərbaycanı yüksəklər ölkəsi adlandırıb. 

“Bakıda qara kürü qaşıqla yeyə, gecə-gündüz paxlava ilə çay içə və şərq ətirlərindən həzz ala bilərsiniz”, - deyə Belkoviç vurğulayıb. 

Aparıcı restoranlarla yanaşı, “Yaşıl bazar”a yollanıb, tanınmış heykəltəraş Mir Teymur Məmmədovun emalatxanasına baş çəkib, şəhəri gəzib, bir sıra restoranlarda milli mətbəximizin ləzzətli təamlarının dadına baxıb, Bakının gözəlliyindən və füsunkarlığından həzz alıb. 


Seçilən
15
olay.az

1Mənbələr