AZ

İtaliyanın baş naziri Ərdoğanı hökumətlərarası sammitə dəvət etdi

Bildirilib ki, İtaliyanın baş naziri Giorgia Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2025-ci ilin birinci yarısında keçiriləcək növbəti hökumətlərarası sammit üçün İtaliyaya dəvət edib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə İtaliya Baş naziri Giorgia Meloni arasında baş tutan telefon danışığı ilə bağlı İtaliya Baş Nazirliyindən yazılı açıqlama verilib.

Bəyanatda, "İki lider iki ölkə arasındakı əlaqələrin möhkəmliyini vurğuladılar və ticarətin getdikcə artan tendensiyasını daha da gücləndirmək üçün işin davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu çərçivədə Baş nazir Meloni Prezident Ərdoğana yeni 2025-ci ilin birinci yarısında İtaliyada keçiriləcək”.

Görüşdə Yaxın Şərqdəki dramatik vəziyyət də diqqət mərkəzindədir

Baş nazirlikdən verilən açıqlamada Yaxın Şərqdəki dramatik vəziyyətin də görüşün diqqət mərkəzində olduğu bildirilib və aşağıdakılar qeyd edilib:

"İsrailin özünümüdafiə haqqını təkrarlayan Baş nazir Meloni, zərər çəkmiş mülki əhaliyə humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb. Telefon danışığında Qəzza və Livanda atəşkəsin təşviqi üçün ortaq qətiyyət də vurğulanıb. Bu son ssenaridə baş nazir Meloni, Birləşmiş Millətlər Təşkilatı (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) kritik rolunu və missiyanın təhlükəsizliyinə hər zaman zəmanət verilməsinin vacibliyini vurğulanıb.

Türkiyə və İtaliya arasında üçüncü və sonuncu hökumətlərarası sammit 5 iyul 2022-ci ildə Ankarada prezident Ərdoğanın ev sahibliyi ilə keçirilib. Sözügedən sammitdə prezident Ərdoğanın, daha sonra İtaliyanın baş naziri Mario Draqinin iştirakı ilə iki ölkə arasında 9 müqavilə imzalanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr