AZ

Azərbaycanda innovativ həllərin inkişafı üçün mütəxəssis sayı artırılmalıdır-İnarə Vəliyeva

Azərbaycanda innovativ həllərin inkişafı üçün bu sahə üzrə mütəxəssislərin sayı artırılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, innovativ həllərin formalaşması üçün müəyyən işlər görülür: “Hazırda bu sahədə kifayət qədər mütəxəssis yoxdur. Mövcud mütəxəssislər böyük banklarda, təşkilatlarda çalışırlar və əməkhaqlarından razıdırlar. Buna görə də öz komfort zonalarından çıxmaq istəmirlər. Bizim məqsədimiz bu sahə üzrə mütəxəssislərin sayının artmasıdır".

Seçilən
16
ikisahil.az

1Mənbələr