AZ

BOKT-lara Mərkəzi Bank tərəfindən davamlı monitorinqlər keçirilir

Mərkəzi Bank tərəfindən Bank olmayan kredit təşkilatlarına davamlı oalraq monitorinqlər keçirilir. Bunu Mərkəzi Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi, Xəyyam İsmayılov deyib. 
 
"Mərkəzi Bank tərəfindən BOKT-la davamlı monitorinqlər keçirilir. Çatızmazlıqlar aşkarlandığı təqdirdə təşbaşına müzakirələr aparılır. Bununla yanaşı bütün BOKT-lara məktublar göndərilir. Monitorinq nəticələrindən çatızmazlıqları aradan qaldırmayan 3 BOKT-un lisenziyasını ləğv etmişik. Yeni qanundan sonra isə 2 kredit təşkilatına 3 BOKT-a lisenziya vermişik", - Mərkəzi Bank rəsmisi oktyabrın 23-də Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
 
Mərkəzi Bank rəsmisi  növbəti ilin sonuna BOKT-ların aktivlərinin 2 dəfə artmasını gözlədiyini açıqlayıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Seçilən
22
anews.az

1Mənbələr