AZ

AMB: BOKT-ların kredit risklərinin idarə olunması ilə bağlı yeni qaydalar qəbul ediləcək

Bakı, 23 oktyabr, AZƏRTAC

Yaxın vaxtlarda Azərbaycanda bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə olunması ilə bağlı yeni qaydalar qəbul ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

O qeyd edib ki, əsas prioritetlərdən biri mikromaliyyə və kredit təşkilatlarının institusional potensialının gücləndirilməsidir.

“Bu kontekstdə biz banklarda və kredit təşkilatlarında korporativ idarəetmə tələblərini gücləndiririk. Azərbaycan Mərkəzi Bankının bank olmayan kredit təşkilatlarına qarşı risk menecmenti ilə bağlı tələbləri dəyişəcək. BOKT-lara dair qanunvericilikdə edilmiş dəyişikliklərdən irəli gələrək AMB-nin risk menecmentlə bağlı tələblərində dəyişikliklər gözlənilir. Bu məqsədlə prudensial tənzimləmə qaydalarının yenilənməsi üzərində iş aparılır”, - deyə baş direktor əlavə edib.

Seçilən
12
1
azertag.az

2Mənbələr