AZ

Kredit risklərinin idarə olunmasına barədə yeni qaydalar hazırlanır

Azərbaycanda bank olmayan kredit və mikrofinans təşkilatlarında kredit risklərinin idarə olunmasına dair yeni qaydaların yaxın zamanda qəbul ediləcəyi bildirilib.

Fins.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Toğrul Əliyev, "Davamlı mikrofinans üçün innovativ həllər" konfransında bu məlumatı açıqlayıb.

Toğrul Əliyev qeyd edib ki, hazırlanmış yeni qaydalar kredit təşkilatları ilə müzakirə olunub və bu prosesdə bank olmayan maliyyə təşkilatlarının rəy və təklifləri də nəzərə alınıb. "Bu sənədlərin yaxın zamanda qəbul ediləcəyi gözlənilir," - deyə o vurğulayıb.

Mərkəzi Bankın sədri, mikrofinans təşkilatlarının və kredit qurumlarının institusional potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. "Biz korporativ idarəetmə tələblərini artırır və xarici xidmətlərin normativlərini təkmilləşdiririk. Eyni zamanda, maliyyə xidmətlərinin istehlakçı hüquqlarının qorunmasına dair təşəbbüslərimiz, inklüzivliyi dəstəkləməyə və risklərin idarə olunmasını yaxşılaşdırmağa kömək edəcək," - deyə Toğrul Əliyev əlavə edib.

Həmçinin, Mərkəzi Bankın ötən il təsdiqlədiyi davamlı maliyyələşdirməyə dair yol xəritəsi və bu il qəbul etdiyi prinsiplər, iqlim dəyişikliyi ilə bağlı risklərin, ekoloji, sosial və idarəetmə faktorlarının idarə olunmasına xüsusi diqqət yetirərək, mikrofinans təşkilatları və bank olmayan kredit qurumları üçün əhəmiyyətli olacaq.

 

Seçilən
1
fins.az

1Mənbələr