AZ

Azərbaycanda kredit risklərinin idarə olunması ilə bağlı yeni qaydalar tezliklə qəbul ediləcək

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit və mikromaliyyə təşkilatlarıüçün kredit risklərinin idarə edilməsinə dair yeni qaydalar yaxınvaxtlarda qəbul ediləcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul ƏliyevBakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər”mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

“Müəyyən kredit təşkilatları üçün kredit risklərinin idarəedilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Bu sənədlər Bankolmayan Maliyyə Təşkilatları Assosiasiyası və kredit təşkilatlarıilə müzakirə olunub, rəy və təkliflər alınıb. Bu sənədlərin yaxınvaxtlarda qəbul ediləcəyi gözlənilir”, - o deyib.

Onun sözlərinə görə, əsas prioritetlərdən biri mikromaliyyətəşkilatları və kredit müəssisələrinin institusional potensialınıngücləndirilməsidir.

"Bu kontekstdə biz korporativ idarəetmə ilə bağlı tələblərigücləndirir və banklar və kredit təşkilatlarında autsorsinqnormalarını təkmilləşdiririk. Xüsusilə vurğulamaq istərdim ki,maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına dairtəşəbbüslərimiz inklüzivliyin dəstəklənməsi və mikromaliyyətəşkilatlarında, eləcə də digər maliyyə institutlarında risklərinidarə edilməsinin yaxşılaşdırılmasına töhfə verəcək. Hazırkıçağırışları nəzərə alaraq qeyd etmək lazımdır ki, Mərkəzi Bank ötənil dayanıqlı maliyyələşdirmə ilə bağlı yol xəritəsini təsdiqləmişvə bu il dayanıqlı maliyyələşdirmə prinsiplərini qəbul etmişdir.Xüsusi diqqət iqlim dəyişikliyi, ekoloji, sosial və idarəetməfaktorları ilə bağlı risklərin idarə edilməsinə yönəldilib ki, buda mikromaliyyə təşkilatları və bank olmayan kredit müəssisələriüçün xüsusilə önəmlidir. Məqsəd bu təşkilatlara dayanıqlımaliyyələşdirmə üzrə təcrübə və qabaqcıl praktika çatdırmaqdır", -T. Əliyev qeyd edib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr