AZ

BTQ BMT-də “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirib (FOTO)

Bakı. Trend:

22 oktyabr 2024-cü il tarixində BMT-nin Cenevrə Ofisində İnsanHüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində BakıTəşəbbüs Qrupu (BTQ) tərəfindən “Mülki və Siyasi Hüquqlar HaqqındaBeynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlıbeynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Fransa və Niderlandmüstəmləkələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik,Qvadelupa, Fransız Qvianası, Korsika, Mayot, Boner, Sen-Martin,eləcə də Qayanadan parlamentarilər, QHT və siyasi partiyarəhbərləri, ekspertlər, hüquqşunaslar, elm xadimləri,tədqiqatçılar, həmçinin İsveçrə, Rusiya və Qazaxıstanlı diplomatlariştirak etmişdir.

Eyni zamanda məşhur siyasi fəal və “Urgencies Panafricanist”təşkilatının prezidenti Kemi Seba tədbirə qatılmışdır.

Konfrans iştirakçıları Fransa və Niderland müstəmləkəçiliyininnəticələri olan ərazilərdəki cari vəziyyət, habelə insanhüquqlarının kobud pozuntuları haqqında ətraflı məlumat vermis vəBTQ-nin müstəmləkə zorakılığı altında boğulan xalqların səsinibeynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki fəaliyyətiniyüksək qiymətləndirmişdir.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov Fransanın müxtəlif növtəziqlərinə baxmayaraq, rəhbərlik etdiyi təşkilatın əsarət altındaolan xalqların səsi olmaqda davam edəcəyini və BTQ-nin nüfuzlubeynəlxalq platforma kimi daha da genişlənməni hədəflədiyinibildirmişdir. O, Fransa tərəfini BTQ ilə əməkdaşlığa görəmüstəqillik tərəfdarlarını təqib etməyi dayandırmağı tələbetmişdir.

Məşhur Panafrikanist Kemi Seba keçən həftə Fransa təhlükəsizlikqüvvələri tərəfindən qeyri-qanuni saxlanılması və 72 saat ərzindəona verilmiş işğəncələr barədə ətraflı məlumat vermişdir.

Konfrans iştirakçıları BMT və digər beynəlxalq təşkilatlaramüstəmləkəçiliyin aradan qaldırlması istiqamətində əməli və təsirliaddımlar atmağa çağırış etmişdir.

Tədbirin sonunda iştirakçılar üzərində “Fransamüstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinərək, Fransanınmüstəmləkəçilik siyasətini pisləyən plakatlar qaldırıblar.

BTQ
BTQ
BTQ
BTQ
BTQ
BTQ
Seçilən
11
20
az.trend.az

10Mənbələr