AZ

Almaniyada meymun çiçəyinin yeni variantına ilk yoluxma halı qeydə alınıb

Mpox-un yeni variantı (“empox”, meymun çiçəyinin yeni adı) ilə ilk yoluxma halı Almaniyada qeydə alınıb.

Editor.az bu barədə Bild-ə istinadla xəbər verir. Robert Koch İnstitutunun (RKI) məlumatına görə, söhbət Clade 1b ştamından gedir. “Xəstə xaricdə virusa yoluxub. Buna baxmayaraq, Almaniyada riskin artdığı güman edilmir”, – qəzet yazır.

Avqustun 13-də Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Mərkəzin məlumatına görə, bu il Afrikanın 17 ölkəsində mpox xəstəliyinin yayılması qeydə alınıb. Qanada son vaxtlar baş verən meymun çiçəyi xəstəliyi ilə əlaqədar həkimlər ölkə əhalisini öpüşməkdən və cinsi əlaqədən çəkinməyə çağırıblar. Oktyabrın 5-də Konqo Demokratik Respublikasında meymun xəstəliyinə səbəb olan mpox virusuna qarşı ilk peyvənd kampaniyasına başlanıldığı bildirilir.

Qeyd edək ki, ilk dəfə meymunçiçəyinə yoluxma halları Zimbabvedə aşkarlanmışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr