AZ

AMB bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarını yeniləyir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı hazırda bank olmayan kredittəşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsiüzərində çalışır.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul ƏliyevBakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər”mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

"Mikromaliyyələşdirmə modelinin formalaşdırılması bu sektordafəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətlərigöstərilməsi üçün imkanların yaradılmasını, eləcə də onlarınrəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Şübhəsiz ki, butəşəbbüslərin əsas məqsədi ölkəmizdə mikro və kiçik sahibkarlığıninkişafıdır. Qeyd olunduğu kimi, Mərkəzi Bank rəqəmsaltexnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirir. Rəqəmsaltexnologiyaların mikromaliyyələşdirmə sektorunda, həmçinin,ümumilikdə maliyyə sektorunda tətbiqi bizim strategiyamıza daxiledilmişdir. Biz informasiya təhlükəsizliyinin təmin olunmasına vəkibertəhlükəsizlik problemlərinin adekvat idarə edilməsinə xüsusiönəm veririk. Bu baxımdan rəqəmsal maliyyə təşəbbüsləri, xüsusitənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya vəkibertəhlükəsizlik təşəbbüslərini əhatə edən ayrıca fəaliyyət planıstrategiyamıza daxil edilib", - o bildirib.

Onun sözlərinə görə, cari ilin mart ayında Mərkəzi Bankmikromaliyyələşdirmə, bank və kredit təşkilatları daxil olmaqla,bütün maliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təminedilməsi tələblərini müəyyən edib.

"Gələn illərdə bu, tənzimləmə və nəzarət sahəsində bizimprioritet məqsədlərimizdən biri olaraq qalacaq. Bundan əlavə, bankolmayan kredit təşkilatları haqqında qanunvericilikdə ediləndəyişikliklər fonunda Mərkəzi Bankın risklərin idarə olunması iləbağlı tələblərində yeniliklərin və dəyişikliklərin gözlənildiyibildirilir. Bu məqsədlə bank olmayan kredit təşkilatları üçünprudensial tənzimləmə normalarının yenilənməsi üzərində işaparılır", - o əlavə edib.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr