AZ

“Buna görə ən çox bacıma elçi düşürlər”

"Sağda mənəm Sevinc, solda isə əkiz bacım Sevildir. Anam demişkən "Sevda". Arada məni səhv salır".

Gundem.az olay-a istinadən bildirir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olduqları "Həmin Zaur" verilişində deyiblər.

"Ən çox hansınıza elçi düşürlər?" sualına Sevinc belə cavab verib:

"Ən çox Sevilə (gülür)... Hamı onu sakit bilir. İnstaqram izləyicilərimiz Sevilin çox dadlı yeməklər bişirdiyi bilir. Əl qabiliyyəti gözəldir, evdardı. Məni isə həyasız və ev işlərini bacarmayan kimi tanıyırlar. Buna görə də ən çox elçilər Sevilin payına düşür".

Sevinc bildirib ki, instaqramdan qazanc məsələlərinə bacısı yox, özü nəzarət edir:

"İnstaqramdan gələn reklam və pul məsələlərinə əsasən mən Sevinc baxıram. Pul işi mənlikdir. Evdə 100 manat belə olsa, pul götürəndə onu bir-birimizə deyib sonra götürürük. Xəbərsiz pula əl vurmuruq".

Seçilən
13
4
gundem.az

5Mənbələr