AZ

Bakıda arvadı ilə birlikdə öldürülən şəxs aktyor imiş

Bakıda arvadı ilə birlikdə qətlə yetirilən 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç aktyor olub.

seher.media xəbər verir ki, İ.Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib.

O, 1997-ci ildən Rus Dram Teatrının aktyoru olub.

Oktyabrın 22-də saat 21 radələrində Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaçın və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
49
seher.media

10Mənbələr