AZ

“PAŞA Bank” “Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları” adlı konfrans keçirir

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”“Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları”adlı konfrans keçirir.

23 oktyabr tarixində Bakıda baş tutan tədbir BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına (COP29) həsr olunub. Konfrans Azərbaycanın2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üçün milli prioritetlərkontekstində iqlim maliyyəsi məsələlərinin əhəmiyyətinəfokuslanıb.

Bundan başqa, iqlim maliyyəsinin biznesə müsbət təsiri vəçağırışlar, requlyatorun makroiqtisadi çağırışlar vasitəsilə iqlimmaliyyəsinin stimullaşdırılmasında rolu, hökumət, banklar vəiqtisadiyyatın özəl sektoru arasında əməkdaşlıq, Azərbaycanda iqlimmaliyyəsini dəstəkləyən və stimullaşdıran hüquqi alətlər və digərməsələlər tədbirin əsas müzakirə mövzularıdır.

Konfransın işində energetika nazirinin müavini və COP29-unicraçı direktoru Elnur Soltanov, iqtisadiyyat nazirinin müaviniAnar Axundov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri SamirMəmmədov, “Azerbaijan Green Energy Company”nin maliyyə direktoru vəidarə heyətinin üzvü Xəyalə Nağıyeva, “Deloitte Azərbaycan”ınidarəedici partnyoru Nuran Kərimov, bir sıra beynəlxalq ekspertlər,100-ə yaxın sahibkar və real sektorun təmsilçiləri iştirakedirlər.

Xatırladaq ki, “PAŞA Bank” 2023-cü ildə BMT Qlobal Sazişininüzvü olub. Bankın “2024-2026-cı illər üçün Korporativ SosialMəsuliyyət (KSM) strategiyası” həmin qlobal təşəbbüsün Dayanıqlıİnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərinarasında “iqlim dəyişikliyinə qarşı mübarizə” sahəsi xüsusi yertutur və Bank cari strateji dövr ərzində bu istiqamət üzrəfəaliyyətini genişləndirmək niyyətindədir.

Məqalədə:
Seçilən
24
4
az.trend.az

6Mənbələr