AZ

İsrail daha bir "Hizbullah" liderini öldürdü

Livanın mülki müdafiə rəsmiləri Beyrutun kənarındakı Əl Mreyc bölgəsində dağıntıları təmizləyərkən "Hizbullah"ın keçmiş icraçı şurasının rəhbəri Haşim Safi əd-Dinin cəsədini aşkar ediblər.

"Unikal" xəbər verir ki, o, Şeyx Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"ın baş katibi postuna əsas namizəd hesab edilib.

Safi əd-Din oktyabrın 3-də El-Mreyc bölgəsində bunkerə endirilən zərbə zamanı öldürülüb. Xilasedicilər dağıntıları təmizləyərkən Safi əd-Dinin rəhbərlik etdiyi toplantıda iştirak edən 23 "Hizbullah" üzvünün cəsədini də dağıntılar altından çıxarıblar.

Seçilən
20
2
unikal.az

3Mənbələr