İsrail Ordusu "Hizbullah" hərəkatının lideri Haşem Safiuddin öldürüldüyünü təsdiqləyib.
Bu barədə “Reuters” xəbər verib
Qeyd edilir ki, hərəkatın sabiq lideri Həsən Nəsrullahın varisi zərərsizləşdirilib.
Xatırladaq ki, H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb. Onunla birlikdə ölən hərəkat liderlərinin adları da açıqlanıb: Əli Karaki – "Hizbullah"ın cənub cəbhəsinin komandiri, İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi, Samir Taufik Diab - Həsən Nəsrullahın məsləhətçisi, Abd əl-Əmir Məhəmməd Siblini – "Hizbullah"ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs, Əli Navaf Ayub – "Hizbullah"ın atəş gücünə məsul şəxs. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Həsən Nəsrullaha ən yaxın fiqurlar olub.
Haşem Safiuddin sentyabrın 30-da “Hizbullah”ının yeni baş katibi seçilib. O, Həsən Nəsrullahın ən yaxın qohumudur. Haşem əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb.
Mənbə: report.az