Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur...
Poliqon axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq.
Üstəlik, Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir - red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır", - Paşinyan bildirib.
Poliqon.info