AZ

Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə əsassız və qərəzli bəyanatını rədd edirik - XİN

Bakı. Trend:

Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı işyerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas ŞmitinAzərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz, əsassız və tamamiləqərəzli bəyanatını qətiyyətlə rədd edirik.

Trend xəbər verir ki, bu,Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarıNikolas Şmitin Avropa Parlamentində müzakirələr zamanısəsləndirdiyi əsassız iddialarına dair şərhində yer alıb.

"Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindənhazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanındaxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.

Bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və yabaxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxudözlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edənşəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiasıkökündən yanlışdır.

AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdansəmərəsiz olduğunu və heç bir nəticə vermədiyini sübut etməkləyanaşı, yalnız Azərbaycan-Avropa münasibətlərini mürəkkəbləşdirir",- A.Hacızadə qeyd edib.

XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqının aidiyyətiqurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edəntəcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmışsistematik problemlərə, artan İslamofobiya və ikrah doğuranneokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmişşəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalardahəyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırıərazilərdə aksiyaların qanla boğulması kimi hallara tametinasızlığı və biganəliyi fonunda, Avropa komissarınınAzərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistanarasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur: "Bununlayanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlimdəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayansiyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropasiyasətçilərinin real simasını bir daha nümayiş etdirir.

Biz, Avropa Parlamentini və ümumilikdə Aİ tərəfini regionda sülhvə sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətləçağırırıq".

Seçilən
20
38
az.trend.az

10Mənbələr