AZ

Yanğını görən polislər FHN-i gözləmədən evə girdilər…

Bu gün səhər saatlarında Qax rayon Vaqif Eyvazov küçəsi ev 1, mənzil 6-da yanğın hadisəsi baş verib.

Bu barədə Axar.az-a rayon sakinləri bildirib.

Qeyd edilib ki, mənzildə işlək vəziyyətdə olan paltaryuyan maşın alışıb.

Ərazidə olan Qax rayon YPX əməkdaşları pəncərədən çıxan tüstünü görərək, yanğınsöndürənlərə məlumat veriblər. Yanğınsöndürənləri gözləmədən evə daxil olan YPX əməkdaşları öz avtomobillərində olan yanğınsöndürən avadanlıqla yanğının yayılmasının qarşısını alıblar. Qısa müddətdə FHN əməkdaşları da hadisə yerinə gəlib və yanğın söndürülüb.

Seçilən
23
2
axar.az

3Mənbələr