AZ

Sabiq prezident 20 il azadlıqdan məhrum edildi

Perunun Ali Məhkəməsi həmin ölkənin keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) çirkli pulların yuyulması, rüşvətxorluq və digər cinayətlərdə təqsirli bilib və 20 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
 

Sfera.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
 

Məhkəmə hesab edir ki,Toledo Peru ilə Braziliyanı birləşdirən transokean magistralının tikintisini Braziliya tikinti şirkətinin həyata keçirməsində maraqlı olub və bu səbəbdən tikinti tenderi Braziliya şirkətinə verilib. Bunun müqabilində keçmiş prezident Toledo 35 milyon dollar alıb. Həbs qərarı 2017-ci ildə verilsə də, Alexandro Toledo 2023-cü ildə həbs edilib. Son illərdə Perunun keçmiş prezidenti ABŞ-də yaşayırdı və orada, Kaliforniya ştatında həbs olunub.

İnci

Sfera.az

Seçilən
16
sfera.az

1Mənbələr