AZ

Korporativ həyat sığortası: İşçilərinizin gözlənilməz hadisələrə qarşı mühafizəsi - "PAŞA Həyat Sığorta"

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC, işçilərinizin həyatını kritik xəstəliklərdən və gözlənilməz hadisələrdən qorumaq üçün “Korporativ Həyat Sığortası” təqdim edir.

Fins.az xəbər verir ki, bu sığorta növü, xərçəng, miokard infarktı, böyrək çatışmazlığı və daha 20-yə qədər xəstəlikdən qoruma ilə yanaşı, dünya miqyasında geniş təminat təqdim edir.

İşçilər üçün faydalar:

  • Şirkət tərəfindən təqdim edilən üstünlüklər.
  • Həyatın dünyanın hər yerində təminat altında olması.
  • Ailə və yaxınların maliyyə təminatı (ölüm halında).
  • Kritik xəstəliklər zamanı mühafizə.

Şirkətlər üçün faydalar:

  • İstedadlı əməkdaşları cəlb etmək.
  • Məhsuldarlığın artması.
  • Sağlam işçilərin sayəsində yüksələn əhval-ruhiyyə.
  • Xərclərdə qənaət.

Sığortanın üstünlükləri:

  • 24/7 təminat.
  • İş zamanı və işdən kənar saatlarda ölüm, əlillik.
  • Bütün dünyada təminat.
  • Daha çox sığorta olunan, daha az sığorta haqqı.

Korporativ Həyat Sığortası, işçilər və onların ailələri üçün maliyyə təhlükəsizliyi yaradır, eyni zamanda şirkətlərin əməkdaşlarını qorumaqla etimadı gücləndirir.

Daha ətraflı məlumat üçün 942 nömrəsinə zəng edin və mütəxəssislərimizlə əlaqə saxlayın.

Fuad Mədətov
Fins.az

Seçilən
8
9
fins.az

10Mənbələr