AZ

Vüqar Mustafayev Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Bakı, 22 oktyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Danışıqlar zamanı beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil olunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
8
1
azertag.az

2Mənbələr