AZ

Ukraynanın baş prokuroru İSTEFA VERDİ

Ukraynanın baş prokuroru Andrey Kostin vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq bəyanat yayıb.

Qeyd edilib ki, onun qərarından əvvəl Xmelnitski vilayəti prokurorluğunun onlarla əməkdaşının əlilliyin qanunsuz qeydiyyatı ilə bağlı qalmaqal yaranmışdı.

“Mən Ukrayna Prezidentinə və Ukrayna Ali Radasına göstərdikləri etimada görə minnətdaram. Amma bu vəziyyətdə baş prokuror vəzifəsindən azad olunduğumu elan etməyi düzgün hesab edirəm”, – Kostin qərarını izah edib.

Baş prokuror bildirib ki, oktyabrın 22-də Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) iclasını keçirib və orada dövlət qulluqçuları tərəfindən saxta əlilliyin qeydə alınması məsələsini müzakirə ediblər.

Kostin Zelenskinin əlillik və pensiya almaqla bağlı bütün qeyri-qanuni qərarlarının ləğvi barədə əmrini dəstəkləyib və qeyd edib ki, bu cür hərəkətlərə görə şəxsi məsuliyyət olmalıdır.

Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr