AZ

"Zenit"in sabiq çalışdırıcısı Azərbaycan millisi haqda: "Çoxlu əcnəbi futbolçular oynayırdı, bu isə əsl fəlakət idi"

“Zenit” və “Neftçi”nin çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, “sports.ru”ya danışan çexiyalı UEFA-nın qərarı sayəsində braziliyalı müdafiəçi Duqlas Santosun Rusiya millisində oynamaq haqqı qazanmasını dəyərləndirərkən, Azərbaycan millisində də vaxtı ilə milliləşdirilmiş oyunçular xatırlayıb:

“Santosun Rusiya pasportu almasını pis qarşılayıram. Bu mənim xoşuma gəlmir. Rusiya yığmasında rusiyalı gənclər oynamalıdır. Braziliyalı kimə və nəyə lazımdır? Braziliyalılar öz millisində oynasınlar, Rusiya yığmasında yox. Bu normal deyil.

Bəlkə bu, “Zenit”ə əcnəbi oyunçu limiti sarıdan kömək edəcək, amma bu siyasəti bəyənmirəm. Mən daim deyirəm ki, “Zenit”də rusiyalı gənclərin necə oynadığını görmək istəyirəm. Onda onlara akademiya niyə lazımdır?! Bu, bütün Rusiya idmanı üçün fəlakətdir. Rusiya niyə Santosa pasport verir? Bu barədə RFS-dən soruşmaq lazımdır, çünki bu normal deyil. Mən “Neftçi”də işləyəndə Azərbaycan millisində də çoxlu əcnəbi futbolçular çıxış edirdi. Bu isə əsl fəlakət idi. Bunun normal qəbul olunduğu olduğu ölkə tanımıram. Braziliya, Çexiya, Fransa, Almaniya və İngiltərədə belə şey yoxdur. Hər yerdə yalnız öz oyunçuları oynayır".

71 yaşlı mütəxəssis 2007-2008-ci illərdə "Neftçi"də, 2002-2006-cı illərdə "Zenit"də işləyib.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr