AZ

Beriya Müsavat dövründə Abşeronun xarici nəzarəti üzrə əks-kəşfiyyatçı işləyib... 

Məsələ ilə bağlı istintaq olunan müttəhim Bağırov ilk dəfə bildirdi ki, Müsavat əks-kəşfiyyatındakı xidməti barədə arxiv sənədlərini Beriyaya verib-vermədiyini xatırlaya bilmir. Həmin sənədlərin foto-surəti göstəriləndən sonra isə bildirdi: “Həmin sənədlər mənə tanışdır. Əgər bu materiallar Beriyadan çıxmışsa, deməli, onları mən ona vermişəm. Ancaq hansı şəraitdə vermişəm, xatirimdə deyil...”
 
“Məlum olmuşdur ki, Beriyanın Müsavat əks-kəşfiyyatında xidməti barədə 1921-ci ilin dekabrında Azərbaycan FK-da partiya təşkilatının təmizlənməsi zamanı da məsələ qaldırılmışdı. Bağırov o zaman da Beriyanı fəal müdafiə etmişdi. Bağırov Beriyanın Müsavat əks-kəşfiyyatındakı xidmətini təsdiq edən arxiv sənədlərini müxtəlif yollarla əldə edərək bu sənədləri Beriyaya göndərirmiş...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-öl
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
İstintaq materiallarından...
 
(Əvvəli burada:)
 
“Mütəhhim Bağırovun Beriya ilə cinayətkar əlaqələri... 
 
Sübut olunmuşdur ki, Beriyanın müsavat əks-inqilabındakı xidmətindən xəbərdar olan Bağırov öz keçmişini gizlətməkdə Beriyaya hər cür yardım etmiş, bunun üçün arxivlərdən oğurluq etməkdən, ifşaedici sənədləri Beriyaya göndərməkdən, hətta Beriyanın keşmişini üzə çıxara biləcək şəxsləri aradan götürməkdən belə, çəkinməmişdir. Beriya öz işi üzrə məhkəmə istintaqı zamanı Müsavat əks-kəşfiyyatındakı xidməti barədə demişdi: “... deməliyəm ki, mənim ən ağır cinayətlərimdən biri... mənim müsavat əks-kəşfiyyatında iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram”. Bu barədə istintaq olunan müttəhim Bağırov “Beriyanın müsavat əks-kəşfiyyatında xidməti barədə nə vaxt xəbər tutusan?” sualına ilk dəfə belə cavab verdi: “Beriya Müsavat höküməti əks-kəşfiyyatında xidməti barədə mənə heç bir söz deməmişdi. O mənə danışmışdı ki, guya bizim bolşevik təşkilatının göstərişi ilə kəşfiyyat xarakterli tapşırıqları yerinə yetirir. Ancaq bu tapşırıqların mahiyyəti barədə o heç bir şey deməmişdi. Beləliklə, Beriyanın Müsavat əks-kəşfiyyatında xidməti barədə mən ilk dəfə 1937-ci ildə eşitmişəm...
 
Bağırovun bu ifadəsi istintaq işinin bütün materialları ilə təkzib olunub. Müəyyənləşdirilmişdir ki, Bağırovun sərəncamında Beriyanın müsavat əks-kəşfiyyatındakı fəaliyyəti faktını təsdiq edən əsas arxiv sənədləri var idi. Azərbaycan Fövqəladə Komissiyasının(FK) sədri olan Bağırov Beriyanın müsavatçıların Azərbaycanda hakimiyyəti dövründə kommunist partiyasının üzvü olmaması, beləliklə də müsavat əks-kəşfiyyatında işləmək üçün gizli bolşevik təşkilatı tərəfindən göndərilə bilməməsini təsdiq edən çoxlu şahid ifadələrinə və geniş məlumatlara malik olmaya bilməzdi. Beriyanın Müsavat əks-kəşfiyyatındakı əks-inqilabi fəaliyyətinin şahidləri onu ifşa edən məlumatlarla çıxış edəndə Bağırov tərəddüd etmədən Beriyanı fəal şəkildə müdafiə edir, beləliklə də onun cinayətkar keçmişini ört-basdır edirdi... 
Azərbaycan FK-nın keçmiş əməkdaşı, şahid A.F.Milov göstərirdi: “1922 və ya 1923-cü illərdə Azərbaycan FK-da işləyərkən mən Qolikovun rəisi olduğu gizli əks-kəşfiyyat şöbəsi ilə əlaqəli idim. Keçmiş müsavat əks-kəşfiyyatının işi ilə tanış olarkən müxtəlif sənədlərlə yanaşı, müsavat əks-kəşfiyyatının rəisi Aleksandr Qoqoberidzenin əmri əlimə keçdi. Bu əmrdə deyilirdi ki, L.P.Beriya Abşeron yarımadasının xarici nəzarəti üzrə bir aylıq sınaq müddəti keçməklə və aylıq maaşı 800 manat olmaqla əks-kəşfiyyatçı vəzifəsinə qəbul olunur. Mən həmin əmri götürüb Bağırovun yanına getdim. Sumbatov da onun yanında idi. Sumbatovun yanında mən A.Qoqoberidzenin əmrinin aşkara çıxardığımı söylədim və əmri Bağırova verdim. Bağırov mənə dilləndi, əmri götürdü və istehzayla gülümsəyib dedi: “Biz bundan xəbərdarıq. Beriya oraya Bakı gizli partiya təşkilatı tərəfindən göndərilib”...
 
Məlum olmuşdur ki, Beriyanın Müsavat əks-kəşfiyyatında xidməti barədə 1921-ci ilin dekabrında Azərbaycan FK-da partiya təşkilatının təmizlənməsi zamanı da məsələ qaldırılmışdı. Bağırov o zaman da Beriyanı fəal müdafiə etmişdi. Bağırov Beriyanın Müsavat əks-kəşfiyyatındakı xidmətini təsdiq edən arxiv sənədlərini müxtəlif yollarla əldə edərək bu sənədləri Beriyaya göndərirmiş. Moskvada Beriyanın şəxsi arxivi araşdırılarkən Müsavat höküməti Daxili İşlər Nazirliyinin Müsavat əks-kəşfiyyatı işçilərinin işə qəbulu və işdən azad edilməsi barədə əmrlərdən ibarət 1919-cü ilin 13 avqustunda açılmış, 1920-ci ilin 1 martında sona çatmış arxiv sənədi aşkara çıxarılmışdır. Bu sənədin 19-cu səhifəsində “əks-inqilabla mübarizə təşkilatı” rəisinin 28 dekabr 1919-cu il tarixli 29 № li əmrinin surəti yerləşdirilib. Əmrdə deyilir ki, agent Beriya 1920-ci ilin 1 yanvarından etibarən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunur. Eyni şey 1920-ci il 8 yanvar tarixli əmrdə də (həmin sənədin 21-ci səhifəsində) göstərilir. Burada da 11 müxtəlif familiyalı şəxsin arasında Beriyanın da familiyası vardır. Bu ifşaedici sənədlərin Beriyanın necə keçməsi barədə suala elə həmin sənədin arasında Beriyanın öz dəsti-xətti ilə yazıb qoyduğu kiçicik bir kağız parçası cavab verir. Orada aşağıdakı sözlər yazılıb: “Yoldaş Bağırov göndərib” Tarix: I-XII-1939-cu il”. 
Bu məsələ ilə bağlı istintaq olunan müttəhim Bağırov ilk dəfə bildirdi ki, Müsavat əks-kəşfiyyatındakı xidməti barədə arxiv sənədlərini Beriyaya verib-vermədiyini xatırlaya bilmir. Həmin sənədlərin foto-surəti göstəriləndən sonra isə bildirdi: “Həmin sənədlər mənə tanışdır. Əgər bu materiallar Beriyadan çıxmışsa, deməli, onları mən ona vermişəm. Ancaq hansı şəraitdə vermişəm, xatirimdə deyil...”
Beriya və onun yaxın əlaltılarının işi barədə istintaqın gedişində sübut olunmuşdur ki, öz müsavatçı keçmişinin aşkara çıxarılacağından təlaşa düşən Beriya o vaxtlar köməkçisi olan Merkulovu Beriyanın Müsavat əks-kəşfiyyatında xidmətini təsdiq edən bütün arxiv sənədlərini yığmaq üçün xüsusi olaraq Bakıya göndərir. Bağırov həmin sənədlərin axtarılması və arxivlərdən oğurlanmasında Merkulova fəal yardım göstərmişdir. Merkulov bu barədə deyirdi: “Hələ Tiflisdə olarkən Beriya məni yanına çağırdı və dedi ki, onun düşmənləri belə bir şayiə yayırlar ki, guya o, Müsavat əks-kəşfiyyatında xidmət edib. Əslində isə o, bolşeviklərə ruhən yaxın olan “Hümmət” Bakı təşkilatının üzvü olub. Hafizəm məni aldatmırsa, Müsavat əks-kəşfiyyatındakı xidmətini Beriya tamamilə danırdı. Beriya Bakıya uçmağı və partiya arxivində ona bəraətverici sənədləri axtarıb tapmağı xahiş etdi. Düşmənlərinin həmin sənədləri ələ keçirəcəyindən qorxurdu. Mən Bakıya uçdum, Bağırovun yanına gedib Beriyanın tapşırığını ona çatdırdım. Xatirimdədir ki, Bağırov partiya tarixi arxivinə zəng vurub mənə kömək göstərilməsini tapşırdı. Mən arxivdən iki sənədlər qovluğu tapdım. Bu sənədlərin məzmununu mən dumanlı şəkildə xatırlayıram. Sənədlərin mənə verilməsi barədə Beriyadan rəsmi məktub gətirməmişdim, ancaq sənədləri götürən zaman haradasa imza qoymağım yadıma gəlmir. Tiflisə qayıdandan sonra mən Bakıdan gətirdiyim sənədləri Beriyaya verdim. O, sənədlərə baxıb razı qaldığını bildirdi və onları öz seyfində gizlətdi”. Beriya həbs olunarkən evində aparılan axtarış zamanı onun Müsavat əks-inqilabında xidmətini təsdiq edən, Merkulov və Bağırov tərəfindən partiya tarixi arxivindən oğurlanmış sənədlər aşkara çıxarıldı. İstintaq Bağırovun Beriyanın xəyanətkar keçmişini ört-basdır etməkdə fəal iştirakçı olması barədə digər faktları da aşkara çıxardı. Şahid A.İ.Tahirov deyirdi: “Bağırovu mən 1921-ci ildən tanıyırdım, sonrakı illər ərzində onunla iş prosesində qarşılaşırdım. Bizim münasibətlərimiz yaxşı idi, odur ki, bir-birimizin evində də olurduq. 1923-cü ildə bir axşamçağı Bağırov və o vaxt “Azərbalıq” idarəsinin sədri Baba Əliyev bizim bağa yığışmışdılar. Biz şam etdik və bir qədər də içdik. Söhbət əsasında Baba Əliyev Bağırovdan soruşdu ki, nə üçün o, Beriyanın Müsavat hakimiyyəti zamanı ingilis əks-kəşfiyyatındakı xidmətindən xəbərdar ola-ola onu işə götürüb və gündən-günə də vəzifəsini yüksəldir. Bağırov cavab verdi ki, Beriya əks-kəşfiyyata gizli partiya təşkilatının tapşırığı ilə göndərilib. Baba Əliyev buna etiraz etdi və dedi ki, o, gizli təşkilatda çalışanların hamısını tanıyır, Beriya onların arasında olmayıb, o, əsl əks-kəşfiyyatçıdır”.  Həmin söhbətin nəticəsində Baba Əliyev Bağırovun göstərişi ilə həbs edildi və saxtalaşdırılmış məhkəmə işi əsasında güllələndi...”
 
(Davamı var)
 
Təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
14
moderator.az

1Mənbələr